Uels klubunun baş məşqçisi: Sabah ın gücünə bələdik

06.07.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 6 iyul, AZƏRTAC

"Sabah"ın gücünə bələdik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Uelsin TNS komandasının baş məşqçisi Kreyq Harrison Çempionlar Liqasının I təsnifat mərhələsində "Sabah" ilə keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbaut konfransında deyib.

O, Bakıdan uğurlu nəticə ilə qayıtmaq istədiklərini bildirib: "Çətin görüş olacaq. "Sabah" yerli çempionatda Avropada uğurlu mövsüm keçirən "Qarabağ"ı üstələyərək çempion olub. Rəqibin ötən mövsümdən 6-7 görüşünü izləmişik. Heyətində güclü komandalarda oynamış futbolçular yer alır".

Qeyd edək ki, "Sabah" – TNS görüşü iyulun 7-i saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Cavab matçı isə bir həftə sonra səfərdə keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью