Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Mançester Yunayted” yeni transferini rəsmiləşdirib.
Futbolpress.az xəbər verir ki, İngiltərə klubu “Suonsi”dən gənc qapıçı Kit Marqetsonu heyətinə qatıb. 20 yaşlı qolkiperlə gələcəyə yönəlik müqavilə imzalanıb.
Uelsin U-21 millisinin üzvü olan Marqetson ötən mövsümü icarə əsasında “Konna Kvey Nomads” klubunda keçirib. O, çıxış etdiyi 34 matçın 10-da qapısını toxunulmaz saxlayaraq komandasının avrokuboklara vəsiqə qazanmasına kömək edib.
Marqetson “qırmızı şeytanlar”ın bu yay heyətinə qatdığı ikinci qapıçıdır. Mançester təmsilçisi daha əvvəl Karl Darlounu azad agent kimi transfer etmişdi. Komandanın digər qolkiperləri Altay Bayındır və Radek Vitekin isə bu transfer pəncərəsində klubdan ayrılacağı gözlənilir.