Uesli Sneyderin oğlu Niderland klubu ilə peşəkar müqavilə imzalayıb

15.07.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 15 iyul, AZƏRTAC

Niderland millisinin əfsanələrindən sayılan Uesli Sneyderin oğlu Cessi ölkəsinin “Utrext” komandası ilə peşəkar müqavilə imzalayıb.

AZƏRTAC xəbər verir ki,bu barədə Erediviziya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilədək müqavilə bağlanılıb.

O, ötən mövsüm “Utrext”in U-19 komandasında çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью