sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Juventus"un yarımmüdafiəçisi Ueston Makkenni klubu ilə müqaviləsini uzatmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, 26 yaşlı amerikalı Turin klubu ilə müqaviləsini 2028-ci ilə qədər uzatmaq barədə şifahi razılığa gəlib.
Qeyd edək ki, yarımmüdafiəçi "Yuventus"un heyətində bu mövsüm bütün turnirlərdə 40 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.