Ueyn Runi Çempionşip klubu ilə yolları ayırıb

31.12.2024

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İngiltərə millisinin və "Mançester Yunayted" klubunun sabiq futbolçusu Ueyn Runi baş məşqçisi olduğu Çempionşip təmsilçisi "Plimat Arqayl"la yolları ayırıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə klub arasında müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib. 39 yaşlı məşqçi komandanı bu ilin mayından çalışdırırdı. Runinin köməkçiləri də vəzifələrindən istefa verib.

Qeyd edək ki, "Plimat Arqayl" Çempionşipdə 23 turdan sonra sonuncu - 24-cü yerdə qərarlaşıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью