Ueyn Runi DÇ 2026 nın final şousunu sərt tənqid etdi

20.07.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi 2026-cı il futbol üzrə dünya çempionatının finalındakı ilk Halftime Show haqqında kəskin fikirlər səsləndirib.
Bizim.Media xəbər verir ki, BBC-yə danışan Runi Madonna, Castin Biber və Şakira kimi dünya ulduzlarının çıxışına baxmayaraq, şounu bəyənmədiyini bildirib.
"Mən bu ifaçıların bir çoxunu sevirəm, amma hesab edirəm ki, bu, tamamilə bərbad idi", – deyə o bildirib.
 

Runi həmçinin məşhur "Macarena" ifasının da onda heç bir təəssürat yaratmadığını vurğulayıb.

Qeyd edək ki, dünya çempionatları tarixində ilk dəfə təşkil olunan Halftime Show xeyriyyə məqsədi daşıyırdı. Toplanan vəsait FIFA-nın Global Citizen Education Fund fondu vasitəsilə uşaqlar üçün təhsil və idman proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью