Ueyn Runi Dembeleni Qızıl top a layiq saymır: Məncə, o...

25.09.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi PSJ-nin vingeri Usman Dembeleyə təqdim edilən "Qızıl top" mükafatının səsverməsinin yekunlarından narazı qalıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Barca Universal" belə çatdırıb:

"Bu, nəsə bir zarafatdır. Necə oldu ki, Vitinya üçüncü, Rafinya beşinci yeri tutdu? Axı Rafinya komandasını arxasınca aparıb və bizə sehrli axşamlar hədiyyə edib. Məncə, o, birinci yeri tutmalıydı".

Xatırladaq ki, Lamin Yamal ("Barselona") 2-ci, Vitinya (PSJ) 3-cü, Məhəmməd Salah ("Liverpul") 4-cü, Rafinya ("Barselona") 5-ci olub. 

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью