Ueyn Runi postunu tərk etdi RƏSMİ

31.12.2024

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

İngiltərə millisinin və "Mançester Yunayted" klubunun sabiq hücumçusu Ueyn Runi baş məşqçisi olduğu Çempionşip təmsilçisi "Plimat Arqayl" ilə əməkdaşlığa son qoyub.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

Xəbərə görə, Runinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 39 yaşlı mütəxəssis komandanı bu ilin mayından çalışdırırdı. Runinin köməkçiləri də vəzifələrini tərk ediblər.

Qeyd edək ki, "Plimat Arqayl" Çempionşipdə 23 turdan sonra sonuncu - 24-cü yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью