Ueyn Runi “Qarabağ”la oyundakı nəticəyə görə “Çelsi”nin baş məşqçisini tənqid edib

07.11.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Mançester Yunayted”in sabiq kapitanı Ueyn Runi “Çelsi”nin baş məşqçisi Enso Mareskanın komanda seçimlərini tənqid edib.

İdman.Biz xəbər verir ki, Runi xüsusilə Çempionlar Liqasında “Qarabağ” ilə 2:2 hesablı heç-heçədə 7 start heyəti dəyişikliyinin edilməsini “oyunçular üçün mənfi siqnal” adlandırıb.

Runi bildirib ki, futbolçular eyni heyətlə davamlı oynamaq və meydanda qarşılıqlı bağlantıları möhkəmləndirmək istəyirlər.

“Daim dəyişiklik ediləndə futbolçular narazı qalır. Əgər nəticə gəlmirsə, suallar verilməlidir. Komandanın liderləri, xüsusilə kapitan Ris Ceyms və təcrübəli oyunçular Mareska ilə məsələni müzakirə etməlidir. Bu, oyunçu diktəsi deyil, komandadaxili liderliyin məsuliyyətidir. Mən liderlik qrupunda olsaydım, açıq danışardım, narazılığımı səsləndirərdim”, – deyə Runi bildirib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью