Ueyn Runinin maraqlı hobbisi

26.09.2026

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Mançester Yunayted" və İngiltərə yığmasının keçmiş hücumçusu Ueyn Runi bir çoxlarına məlum olmayan hobbisi barədə danışıb. Sport24.az xəbər verir ki, veteran futbolçu bu barədə "The Touchline" yə açıqlama verib:

"Musiqi bəstələməkdən və yaradıcılıqdan zövq alıram, baxmayaraq ki, not oxumağı bilmirəm.

Musiqi studiyası yaratmaq istəyirəm. Özüm ifa etmirəm, amma gitara kolleksiyası yığıram. Kolleksiyamda onların sayı çoxdu". 

Runi əlavə edib ki, əvvəllər gitara dərsləri almağa cəhd göstərsə də, səbrsizliyi ucbatından bu işdən vaz keçib. Buna baxmayaraq, musiqi onun həyatının ayrılmaz hissəsidir və yaxın dostları ilə vaxt keçirərkən vokal bacarıqlarını nümayiş etdirmək fürsətini heç vaxt əldən vermir:

"Musiqinin bütün növlərini sevirəm. Adətən, dostlarla haradasa olanda və yaxınlıqda mikrofon tapılanda, mahnı oxuyuram".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью