Ufada PUA qalıqlarının düşməsi nəticəsində sənaye zonasında yanğın baş verib

05.08.2026

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın Ufa şəhərində pilotsuz uçuş aparatlarının növbəti hücumunun qarşısının alındığı bildirilib. PUA qalıqlarının düşməsi nəticəsində şəhərin sənaye zonasında yanğın başlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Başqırdıstan rəhbəri Radiy Xabirov “Max” platformasında məlumat verib.

“Müəssisələrimizə qarşı növbəti terror hücumunun qarşısını aldıq. PUA qalıqları Ufanın sənaye zonasına düşüb. Hazırda burada yanğının söndürülməsi işləri aparılır. Əsas məsələ odur ki, heç kim həlak olmayıb və xəsarət almayıb”, - deyə Xabirov bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində sənaye ərazisində yaranan yanğınla bağlı operativ tədbirlər görülür. Zərərçəkənlərin olmadığı qeyd olunur.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью