Ufada vurulmuş PUA nın qalıqları sənaye zonasına düşüb

01.08.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ufadakı sənaye zonası ərazisində vurulmuş pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində tüstülənmə olub.

"Cebheinfo.az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Başqırdıstanın rəhbəri Radiy Xabirov bildirib.

"Ufaya növbəti PUA hücumunu dəf etdik. Sənaye zonası ərazisində vurulmuş pilotsuz uçuş aparatının qalıqlarının düşməsi səbəbindən tüstülənmə qeydə alınıb. Ölən və xəsarət alan yoxdur", - o qeyd edib.

Fövqəladə xidmətlər hücumun nəticələrini aradan qaldırır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью