Ufadakı neft emalı zavodunda güclü yanğın baş verdi

03.03.2025

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Başqırdıstan Respublikasının (Rusiya Federasiyası) paytaxtı Ufa şəhərində neft emalı zavodunun ərazisində dronun hücumundan sonra yanğın baş verib.

News24.az xəbər verir ki, bu barədə yerli teleqram kanallar məlumat yayıb.

Onların sözlərinə görə, şahidlər yerli vaxtla təxminən saat 01:30-da azı bir partlayış eşidiblər, bundan az əvvəl uçan dronların səsləri eşidilib və zaman keçdikcə neft emalı zavodunun ərazisində baş verən yanğının görüntüləri internetdə yayılmağa başlayıb.

“Bu gecə Rusiya Fövqəladə Hallar Nazirliyinin qüvvələri və texnikaları Ufadakı Ufa Neft Emalı Zavodunun ərazisində yanğın barədə məlumatdan sonra yola düşüb”, – Fövqəladə Hallar Nazirliyinin Başqırdıstan üzrə Baş İdarəsi bildirib.

Daha sonra idarə yanğının lokallaşdırıldığını açıqlayıb. Ölənlər barədə məlumat yoxdur. \\Report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью