Icma.az, Unikal.az portalına istinadən məlumat verir. 11-12 yanvar tarixlərində Azərbaycan-Fransız Universitetində UFAZ Sahibkarlıq və İnnov
"Unikal" xəbər verir ki, tədbiri giriş sözü ilə açan UFAZ-ın icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova belə təşəbbüslə
Sonra mentorlar və münsiflər heyətinin üzvləri iştirakçılara təqdim olunub.
Hakatonun ilk günündə müxtəlif universitetlərdən olan komandalar püşkatma yolu ilə mövzuları seçdikdən sonra təqdim olunan problemə həll yolu tapmaq üçün çalışıblar.
İkinci gün isə komandalar hazırladıqları həlləri münsiflər heyətinə təqdim edərək onların suallarını cavablandırıblar.
Sonda ən uğurlu təqdimatla çıxış edən 3 komanda qalib gəlib.
Birinci yerə UFAZ tələbələrindən ibarət “Algenix”, ikinci yerə Dövlət Gömrük Komitəsinin tələbələrindən ibarət “Bitbybit”, üçüncü yerə isə yenə UFAZ tələbələrindən ibarət “Slay” adlı komanda layiq görülüb.
Qeyd edək ki, tədbir yaşıl kimya ilə bağlı real problemlərin həllinə töhfə vermək və daha davamlı gələcək üçün innovativ həllərin hazırlanmasını təşviq etmək məqsədi daşıyıb.