Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün MMA üzrə UFC 325 turniri start götürüb.
Apasport.az xəbər verir ki, Avstraliyanın Sidney şəhərində keçirilən yarışda Azərbaycan da təmsil olunub.
Günün əsas kartında təmsilçimiz Rafael Fiziev yer alıb. O, yüngül çəki dərəcəsində reytinq 14-cüsü Maurisio Ruffi ilə qarşılaşıb.
Görüşə Fiziev fəal başlayıb. Lakin o, üstünlüyünü qoruya bilməyib. İkinci raundun ortalarında Ruffinin ardıcıl zərbələri Rafael üçün qarşısıalınmaz olub.
Braziliyalı döyüşçü təmsilçimizi nakautla məğlub edib.
Qeyd edək ki, bunadək reytinq siyahısının 9-cu pilləsində qərarlaşan Fiziev mövqeyini itirəcək.
Eduard Məmmədov Əbu Dabidəki DÇ-də iki qızıl medal qazandı Yığmamız İslamiadada çempion oldu - FOTO Yığmamız İslamiadanı bürünc medalla başa vurub Qılıncoynadanlarımızdan İslam Oyunlarında iki bürünc medal Daha bir idmançımız İslamiadada bürünc medal qazanıb