UFC 325: Volkanovski kəməri müdafiə etdi GÜNÜN NƏTİCƏLƏRİ

01.02.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün MMA üzrə UFC 325 turniri keçirilib.

Apasport.az xəbər verir ki, Avstraliyanın Sidney şəhərində baş tutan yarışın əsas kartı 5 döyüşdən ibarət olub. 

Yüngül çəki dərəcəsində avstraliyalı Qulyan Salkilld Ceymi Mullarkeylə üz-üzə gəlib. Ev sahibi ilk raundda rəqibini təslim olmağa məcbur edib.

Ağır çəki dərəcəsində Avstraliya təmsilçisi Tay Tuyvasa braziliyalı Tallison Teyşeriya ilə qarşılaşıb. Hakimlərin qərarı nəticəsində Teyşeriya qələbə qazanıb. 

Günün üçüncü döyüşü azərbaycanlı idmansevərlər üçün daha diqqətçəkən olub. Yüngül çəki dərəcəsində Azərbaycanı təmsil edən Rafael Fiziev braziliyalı Maurisio Ruffi ilə üz-üzə gəlib. Təmsilçimiz ilk raundu üstün tamamlasa da, ikinci raundda nokautla məğlub olub.

Turnirin növbəti döyüşü də yüngül çəki dərəcəsində baş tutub. Yerli Dan Hukr Fransa təmsilçisi Benoyi Sayn-Denislə qarşılaşıb. Avropalı ikinci raundda rəqibinə nokautla qalib gəlib.

Günün əsas qarşılaşması yarımyüngül çəki dərəcəsində çempionluq döyüşü olub. Avstraliyalı çempion Aleksandr Volkanovski Dieqo Lopezlə görüşə kəməri müdafiə etmək üçün çıxıb. Braziliyalı isə ötən il məğlub olduğu rəqibindən revanş almaq istəyib. 

Gərgin keçən döyüşün son hissələri Volkanovskinin üstünlüyü ilə keçib. Qalib hakim qərarı ilə müəyyənləşib. Avstraliyalı kəmərini müdafiə etməyi bacarıb.

Rafael Fiziyev qayıdır – rəqibi bəlli olub Eduard Məmmədov Əbu Dabidəki DÇ-də iki qızıl medal qazandı Yığmamız İslamiadada çempion oldu - FOTO Yığmamız İslamiadanı bürünc medalla başa vurub Qılıncoynadanlarımızdan İslam Oyunlarında iki bürünc medal
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью