Icma.az, Moderator.az saytına istinadən bildirir.
ABŞ-nin Yuta ştatının Solt-Leyk-Siti şəhərində yerləşən "Delta Center" arenasında "UFC 332" qarışıq döyüş sənətləri turniri başa çatıb. Yarış nokautların sayına görə tarixi rekorda imza atıb.
Moderator.az "Çempionat"a istinadən xəbər verir ki, ilkin kard döyüşləri də daxil olmaqla, turnirdə ümumilikdə 11 nokaut qeydə alınıb.
Bundan əvvəlki rekord 2025-ci ilin sentyabrında Parisdə keçirilən "UFC Fight Night 258" turnirinə məxsus idi. Həmin yarışda ümumilikdə doqquz nokautlu qələbə qeydə alınmışdı.