UFC 7,7 milyardlıq müqavilə bağladı

18.08.2025

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

UFC “Paramount” və CBS media korporasiyaları ilə 7 illik, dəyəri 7,7 milyard dollar olan müqavilə bağlayıb. Bu haqda məlumatı liqanın rəhbəri Dana Uayt verib.

Bundan sonra qurumun turnirləri Amerikada pullu yayın sistemi üzrə göstərilməyəcək. Sövdələşmənin şərtinə görə, “Paramount” 13 nömrəli turniri, eləcə də 30 “Fight Nights” turnirini özünün “Paramount+” platformasında göstərməklə bağlı eksklüziv hüquqa malik olacaq. Bundan başqa, adı çəkilən korporasiya seçilmiş nömrəli turnirləri gələn ildən CBS kanalında da yayınlayacaq.
Uayt sosial şəbəkə hesabında bunları yazıb:

“Bu sövdələşmə UFC-ni dünyadakı ən nəhəng idman növləri sırasına qoşur. “Paramount”la CBS-in təqdim edəcəyi yayınlar bizim atletlər və bu idman növünü izləyən, sevən hər kəs üçün böyük qələbədi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью