UFC: Aliskerov reytinq döyüşlərinə DOĞRU

27.06.2026

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbiri davam edir.

“Apasport”un ezam olunmuş əməkdaşının məlumatına görə, hazırda əsas kartın döyüşləri keçirilir.

Növbəti görüş orta çəki dərəcəsində baş tutub.

Rusiya təmsilçisi İkram Aliskerov Braziliyadan olan Brunno Ferreyra ilə qarşılaşıb.

Hər üç raund dağıstanlı idmançının üstünlüyü ilə keçib. Zərbələrin və teykdaunların sayında böyük fərqə imza atan Aliskerov hakimlərin yekdil qərarı ilə qalib olub.

Bu qələbədən sonra onun reytinq döyüşlərinə çıxması gözlənilir.

Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.
 

UFC: Ukraynalı döyüşçüdən qalibiyyət UFC: Braziliya təmsilçisindən Çətin qələbə Tahir Abdullayev: Deyirdim ki, qız kimi qaçma, gəl, savaşaq Azərbaycan təmsilçisi debütündə Nakautla qələbə qazandı UFC Şöhrət Zalının üzvü Maykl Bispinq Bakıdakı turnirin şərhçilərindən biri olacaq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью