UFC Bakı öncəsi gərgin anlar: Döyüşçüləri araladılar VİDEO

26.06.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda keçiriləcək “UFC Fight Night” turniri öncəsi Şarabutdin Maqomedov rəqibi Mişel Pereyra ilə üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, döyüşçülər rəsmi baxışma mərasimində qarşı-qarşıya dayanıblar.

Orta çəki dərəcəsində çıxış edən Maqomedov braziliyalı rəqibi ilə döyüşdən əvvəl son dəfə üz-üzə gəlib. Tərəflərin baxışması maraqlı anlarla yadda qalıb. Maqomedob rəqibinin boynundan tutaraq özünə tərəf çəkib. Onlar dərhal bir-birindən uzaqlaşdırılıblar.

Qeyd edək ki, Şarabutdin Maqomedov - Mişel Pereyra döyüşü UFC Bakı gecəsinin əsas qarşılaşmalarından biri olacaq.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью