UFC baş direktorunun kazinoya böyük məbləğdə borcu var

10.09.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UFC-nin baş direktoru Dana Uayt Las-Veqasdakı "Red Rock Resorts" kazinosuna 25-50 milyon dollar arasında qumar borcuna görə yenə diqqət mərkəzindədir.

Bu barədə İdman.biz casino.org-a istinadən məlumat verir.

Mənbənin sözlərinə görə, böyük məbləğə baxmayaraq, "Red Rock", çox güman ki, dərhal ödənişdə israr etməyəcək. Qumarxananın sahibi olan Fertitta ailəsinin Uayt ilə uzun müddətdir şəxsi və işgüzar əlaqələri var, ona görə də kazino borca mülayim yanaşır.

Mənbə onu da bildirir ki, Uayt tez-tez böyük məbləğdə pullarla qumar oynayır. Əksər hallarda isə qumarda uduzur. Çox vaxt yüz minlərlə dollar məbləğində olan məbləğlərdən söhbət gedir.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью