UFC bonusların həcmini artırıb və erkən qələbə üçün mükafat əlavə edib

25.01.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UFC prezidenti Dana Uayt “Gecənin döyüşü” və “Gecənin performansı”" üçün bonusların artırıldığını elan edib.

İdman.Biz xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Bildirilir ki, bundan sonra bonuslar ikiqat artaraq 50.000 dollardan 100.000 dollara qalxacaq.

Bundan əlavə, UFC 324-dən başlayaraq əlavə bonus tətbiq olunacaq: erkən qələbə qazanan hər bir döyüşçü əlavə olaraq 25.000 dollar qonorar alacaq.

Xatırladaq ki, UFC 324-ün əsas hadisəsi Castin Qetji və Peddi Pimblett arasında döyüş olacaq. Qetji karyerasında 14 dəfə döyüşdən sonrakı bonuslar alıb. Çarlz Oliveyra isə 21 bonusla ən çox bonus rekorduna malikdir.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью