UFC çempionu 46 yaşında boksda debüt etdi

11.11.2025

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Keçmiş UFC çempionu, belaruslu Andrey Arlovski peşəkar boksda uğurlu debüt edib. SİA xəbər verir ki, ABŞ-ın Neşvill şəhərində keçirilən Misfits Boxing turnirində Arlovski amerikalı Keleçi Dayk (1–1, 1 KO) ilə qarşılaşıb və rəqibini dördüncü raundda nokauta salaraq qalib gəlib.

Qeyd edək ki, bu il Arlovski artıq “Dirty Boxing” və BKFC liqalarında da qələbələr qazanmışdı. 46 yaşlı Arlovski qarışıq döyüş növlərində peşəkar karyerasına 1999-cu ildə başlayıb, 2000-ci ildə isə UFC-də ilk döyüşünü keçirib. O, təşkilatın ağır çəkidə (120 kq-a qədər) çempionu olub. Həmçinin “Strikeforce” və “Fight Nights” liqalarında da çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью