Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
UFC (77 kq-a qədər) çempionu İslam Maxaçev bu il “Qızıl top”u kimin qazanmalı olduğu barədə fikrini bildirib.
İdman.Biz “Match TV”-yə istinadən xəbər verir ki, 34 yaşlı rusiyalı döyüşçü mükafatı PSJ-nin gürcüstanlı cinah hücumçusu Xviça Kvaratsxeliyaya verəcəyini deyib.
“Əgər futbol üzrə dünya çempionatını nəzərə almasaq, mən “Qızıl top”u Kvaratsxeliyaya verərdim”, - deyə Maxaçevi bildirib.
Qeyd edək ki, Xviça Kvaratsxeliya bu il “Qızıl top”a namizəd olan 30 futbolçudan biridir.
Maxaçev hazırda UFC-də 17 qələbəlik seriyaya malikdir. Onun ümumi statistikasında 29 qələbə və 1 məğlubiyyət var.
2026-cı il “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. Bu, tarixdə 70-ci mərasim olacaq.
Mükafatın hazırkı sahibi PSJ və Fransa millisinin hücumçusu Usman Dembelédir.