Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qarışıq döyüş növləri (MMA) üzrə Mutləq Döyüş Çempionatının (UFC) orta çəki dərəcəsində hazırkı çempionu, amerikalı Şon Striklend yolsuzluq avtomobili ilə qəzaya uğrayıb.
Oxu.Az bildirir ki, bu barədə idmançı özünün "Instagram" səhifəsində xəbər verib.
"Uşaqlar, mən çox pis vəziyyətə düşdüm. Sükan arxasına dostumun keçməsinə icazə verdim və biz saatda təxminən 60 mil (təxminən 80 kilometr) sürətlə hərəkət edərkən aşdıq. Başım bərk dəydi, dəbilqə taxmamışdım, axmağın biriyəm", - deyə Striklend yazıb.
İdmançı, həmçinin yüngül beyin silkələnməsi aldığını qeyd edib.
Qeyd edək ki, 35 yaşlı Striklendın hesabında MMA-də 31 qələbə və 7 məğlubiyyət var. 2026-cı ilin may ayında Striklend Xamzat Çimayevi məğlub edərək orta çəki dərəcəsində UFC çempionluq kəmərinə sahib olub.