UFC də dəhşətli nokaut: diz zərbəsi rəqibini yerə sərdi VİDEO

18.10.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Kanadanın Edmonton şəhərində keçirilən “UFC Fight Night 291” turnirinin əsas döyüşü ağır nokautla başa çatıb.

İdman.Biz xəbər verir ki, yarımorta çəki dərəcəsində ABŞ-li Xoakin Bakli (Joaquin Buckley) ilə kanadalı Mayk Melott üz-üzə gəliblər.

Qarşılaşmanın taleyi ikinci raundda həll olunub. Rəqibinə yaxınlaşmağa çalışan Bakli irəli əyildiyi anda Melottun sağ dizlə çənəsinə endirdiyi güclü zərbəyə tuş gəlib.

Zərbənin təsirindən ABŞ-li döyüşçü dərhal yerə yıxılıb. Melott hücumu davam etdirərək rəqibinə bir neçə əlavə zərbə endirib. Bundan sonra hakim müdaxilə edərək döyüşü dayandırıb.

Nokaut zərbəsi o qədər güclü olub ki, Baklinin diş qoruyucusu ağzından çıxaraq kənara düşüb.

Bu məğlubiyyət 32 yaşlı ABŞ-li idmançı üçün ardıcıl üçüncü uğursuzluq olub. Onun peşəkar MMA karyerasındakı göstəricisi 21 qələbə və doqquz məğlubiyyətə çatıb.

Melott isə ardıcıl beşinci qələbəsini əldə edib. Kanadalı döyüşçünün hesabında artıq 15 qələbə, iki məğlubiyyət və bir heç-heçə var.

Qeyd edək ki, turnirdən əvvəl Bakli qeyri-adi davranışı ilə diqqət mərkəzinə düşüb. O, jurnalistlərin suallarını cavablandırmaqdan və UFC prezidenti Deyna Uaytla əl sıxmaqdan imtina edib.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью