Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Las-Veqasda keçirilən UFC-323 turnirinin əsas döyüşündə Petr Yana məğlub olan Merab Dvalişvili uğursuzluğun səbəbləri barədə danışıb.
İdman.Biz xəbər verir ki, yüngül çəki dərəcəsində sabiq UFC çempionu titul döyüşündən dərhal sonra verdiyi müsahibədə məğlubiyyətin əsas səbəbi kimi döyüş üslubunu göstərib.
Gürcü döyüşçünün sözlərinə görə, o, tamaşaçıları razı salmaq üçün riskə gedib: “Mən tamaşa göstərmək istədim və uduzdum.
Onun planı daha yaxşı idi. Onu təbrik edirəm, amma mən revanş istəyirəm.
Çəki salmaq mənim üçün həmişə çətindir, çünki bunu öz üsulumla edirəm və dietoloqlara etibar etmirəm. Amma bəhanə axtarmaq istəmirəm.
Mən darıxdırıcı döyüşmək istəmirdim. Güləşmək istəmədim, çünki bu, maraqsızdır.
Mən onunla ayaqüstü döyüşmək istədim və bu gün o məndən güclü oldu”.