UFC döyüşçüləri Ağ Evdə hazırlaşacaq VİDEO

11.06.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-də keçiriləcək “UFC White House” turniri ilə bağlı maraqlı görüntülər yayılıb.

İdman.Biz xəbər verir ki, döyüşçülər üçün paltardəyişmə və hazırlıq zonaları Ağ Ev kompleksində yerləşən “Eisenhower Executive Office Buildingdə” qurulub.

İştirakçılar döyüşdən əvvəl məhz burada hazırlaşacaq, isinmə hərəkətlərini yerinə yetirəcək və daha sonra Ağ Evin Cənub çəmənliyində qurulan oktaqona yollanacaqlar.

“UFC Freedom 250” adı ilə təşkil olunacaq turnir iyunun 14-də Vaşinqtonda keçiriləcək. Gecə ABŞ-nin 250 illik yubiley tədbirləri çərçivəsində baş tutacaq.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью