UFC döyüşçüsü Trampın Harris üzərində qələbəsi haqqında: Qadınlar yalnız seks üçün lazımdır

07.11.2024

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Ultimate Fighting Championship yarışmasının braziliyalı döyüşçüsü Paulo Kosta X sosial şəbəkəsindəki səhifəsində Donald Trampın ABŞ prezidentliyi yarışında Kamala Harris üzərində  qələbəsi barədə kəskin danışıb.
“Qardaş, Amerikanı iki dəfə qadın prezidentdən xilas edib. Qadınlar ancaq seks üçün lazımdır, bunu heç vaxt unutmayın”, – deyə idmançı yazıb.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Bu vəzifə üçün Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp mübarizə aparıb. Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi.
2016-cı il prezident seçkilərində Tramp başqa bir qadın Hillari Klintonu məğlub edib.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью