UFC döyüşçüsündən Harrisin məğlubiyyətinə reaksiya: Qadınlar yalnız seks üçündür... FOTO

08.11.2024

Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

UFC (Ultimate Fighting Championship) yarışmasının braziliyalı döyüşçüsü Paulo Kosta "Instagram"da Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi ilə bağlı fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, idmançı Trampın qadın namizəd Kamala Harrisə qalib gəlməsinə sevinib və "Qadınlar yalnız seks üçündür, bunu heç vaxt unutmayın", - deyə bildirib.

Qeyd edək ki, Kosta qarışıq stil qaydaları (MMA) üzrə 18 döyüş keçirib, 14 qələbə qazanıb və dörd məğlubiyyətə uğrayıb. İyunun 1-də baş tutan son döyüşündə braziliyalı amerikalı Şon Striklendə uduzub.

Valeh

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью