UFC döyüşçüsündən Trampa mesaj: Ağ Evi aç!

16.11.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Nyu-Yorkda keçirilən  “UFC welterweight champion” qarşılaşmasında dağıstanlı İslam Maxaçev rəqibi Cek Della Maddalenanı tam üstünlüklə məğlub edib.

Globalinfo.az xəbər verir ki, bununla da o, karyerasının ikinci çəki dərəcəsi üzrə çempionluğunu qazanıb.

Məlumata görə, hakimlərin hamısı döyüşü 50-45 hesabı ilə Maxaçevin xeyrinə qiymətləndirib.

Dağıstanlı döyüşçü bununla UFC-də birdən çox kateqoriyada kəmər qazanan 11-ci idmançı olub.

Mətbuat konfransında jurnalistlərlə söhbəti zamanı Maxaçevin açıqlamaları diqqət çəkib:

“Bütün rəqiblərim bunu bilir və heç kim buna mane ola bilməz. Donald Tramp, Ağ Evi aç, mən gəlirəm!”

Safura Bənnayeva
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью