UFC döyüşləri Azərbaycanda canlı yayımlanacaq

28.06.2026

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Mütləq Döyüş Çempionatının (UFC) görüşləri Azərbaycanda canlı yayımlanacaq.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, UFC bununla bağlı "SARAN Media Group" ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Anlaşmaya əsasən, döyüşlər Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistanda da nümayiş etdiriləcək.

Razılaşmanın bir hissəsi olaraq, bütün UFC tədbirləri və əlaqəli məzmunlar, o cümlədən diqqət çəkən məqamlar və reklam çarxları televiziya, onlayn platformalar və qeyd olunan ərazilərdəki mobil cihazlarda yayımlanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью