UFC nin Bakı turnirində daha bir gərgin döyüş baş tuta bilər

28.03.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda keçiriləcək “UFC Fight Night” turniri üçün daha bir mümkün qarşılaşmanın baş tutma ehtimalı yaranıb.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, orta çəkidə İsmayıl Naurdiyev ilə italiyalı, keçmiş titul iddiaçısı Marvin Vettori arasında döyüş baş tuta bilər.

Bildirilib ki, xəbəri Naurdiyevin komandası yayıb, lakin UFC tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, turnir iyunun 27-də Baku Crystal Hall-da keçiriləcək və kartda bir neçə digər maraqlı qarşılaşma da gözlənilir.

Teymur Tuşiyev

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью