UFC: Özbəkistan idmançısından SABMİŞŞINLA QƏLƏBƏ

27.06.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbiri davam edir.

“Apasport”un ezam olunmuş əməkdaşının məlumatına görə, hazırda ilkin kartın döyüşləri keçirilir.

Gecənin növbəti döyüşü yarım yüngül çəki dərəcəsində baş tutub.

Beşinci qarşılaşmada özbəkistanlı Nursulton Ruziboev Rusiya təmsilçisi Andrey Pulyaevlə üz-üzə gəlib.

Orta çəkidəki döyüş Özbəkistan idmançısının sabmişşınla qələbəsi ilə yekunlaşıb.

O, ilk raundda boğucu fəndlə rəqibini təslim olmağa məcbur edib.

Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.

UFC Şöhrət Zalının üzvü Maykl Bispinq Bakıdakı turnirin şərhçilərindən biri olacaq UFC Fight Night Baku: Tahir Abdullayev ilk, Rafael Fiziev son döyüşə çıxacaq Bakıda keçiriləcək UFC turnirinin təntənəli çəkiölçmə mərasimi keçirilib UFC Bakı tədbirində oktaqona çıxacaq idmançıların rəsmi çəkiölçmə mərasimi keçirilib - YENİLƏNİB UFC döyüşçüləri Bakıda azarkeşlərlə görüşüblər
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью