UFC prezidenti Azərbaycanda yeni turnir keçirməyə hazırlaşdıqlarını dedi

07.03.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

UFC prezidenti Dana Uayt Bakıda yeni turnir keçirəcəklərini bildirib.

Fanat.Az xəbər verir ki, məlumatı keçmiş prodüsser Jed Qudman şəxsi "X" hesabı üzərindən yayıb.

Uayt "FOX Sport" telekanalına müsahibəsində belə danışıb: "Biz yaxın vaxtlarda Azərbaycana qayıdacağıq. Həmçinin Gürcüstanda turnir keçirmək istəyirik və bu il Cənubi Afrikada da yarış təşkil edə bilərik".

Xatırladaq ki, ötən yay Bakıda ilk dəfə UFC yarışı keçirilib.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью