UFC turniri Ağ Evdə!

03.06.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UFC turniri Ağ Evdə!

ABŞ-da UFC tarixində ilk dəfə Ağ Evdə turnir təşkil olunacaq.

QOL.az bu haqda xarici KİV-lərə istinadən xəbər verir. UFC White House – Freedom 250 turniri iyunun 14-dən 15-nə keçən gecə Vaşinqtondakı Ağ Evin cənub çəmənliyində baş tutacaq.

Məlumata görə, döyüşçülər arenaya birbaşa Oval kabinetdən çıxacaqlar. Turnir ABŞ-ın müstəqilliyinin 250 illiyi və ölkə prezidenti Donald Trampın 80 illik yubileyinə həsr olunub.

Gecədə ümumilikdə 6 döyüş keçiriləcək. Əsas qarşılaşmada yüngül çəkidə UFC çempionu İliya Topuriya müvəqqəti kəmərin sahibi Castin Qeyci ilə üz-üzə gələcək.

Gecənin ikinci ən vacib döyüşündə isə ağır çəkidə müvəqqəti çempionluq uğrunda Aleks Pereyra və Siril Qan qarşılaşacaq.

Turnirin əsas kartı Bakı vaxtı ilə iyunun 15-də saat 02:00-da start götürəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью