UFC üçün Bakıya gəlirlər: Biletlərin yarısı əcnəbilərə satıldı

16.06.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində 70-ə yaxın ölkədən azarkeşlərin olacağı gözlənilir.

İdman.Biz xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilir ki, yarışa maraq olduqca yüksəkdir:

“Bilet satışı ötən ilin eyni dövrü ilə müqayisədə daha sürətlə davam edir və satılan biletlərin yarısını xarici azarkeşlər əldə edib. Turnirə ən böyük maraq ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Qazaxıstan və İsraildən müşahidə olunur. Ümumilikdə isə biletlər dünyanın 67 ölkəsindən olan azarkeşlər tərəfindən əldə edilib”.

Xatırladaq ki, bu il “UFC Fight Night” iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью