UFC ulduzları Bakıda

25.06.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda keçiriləcək “UFC Fight Night” turniri ərəfəsində əsas döyüşlərin iştirakçıları üçün açıq məşq və fan-zona təşkil olunub.

Dənizkənarı Milli Parkda keçirilən məşqdə Rafael Fiziyev və Manuel Torres, gecənin ikinci əsas qarşılaşmasının iştirakçısı Şarabutdin Maqomedov, eləcə də yerli döyüşçülər Nazim Sadıxov və Fərman Həsənov açıq məşq keçiriblər.

Açıq məşq zamanı idmançılar təxminən 10 dəqiqə ərzində müxtəlif texniki fəndlər nümayiş etdirib, azarkeşlərlə ünsiyyətdə olub və xatirə fotoları çəkdiriblər.

Tədbir çərçivəsində xüsusi fan-zona da fəaliyyət göstərib. Azarkeşlər burada interaktiv oyunlarda iştirak edib, fotozonalarda şəkillər çəkdirib və UFC-nin rəsmi məhsulları ilə tanış olublar.

Qeyd edək ki, “UFC Fight Night Baku” turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.

Tacir SADIQOV,
Cavid QAÇAYEV (foto)
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью