Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Geniş Ailə” serialında canlandırdığı Cevahir obrazı ilə tanınan, bir çox layihədə rol alan aktyor Ufuk Özkan uzun müddətdir qaraciyər çatışmazlığı ilə mübarizə aparır. Sağlamlıq vəziyyətinin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilən aktyor hazırda orqan köçürülməsi gözləyir.
Kulis.az xəbər verir ki, xəstəxanada müalicəsi davam edən Ufuk Özkanın axırıncı dəfə "İnfluenza A" testlərinin müsbət çıxması səbəbindən xəstəxana ziyarətləri də qadağan edilib.
Məşhur aktyorun vəziyyəti ilə bağlı qardaşı Umut Özkan yeni açıqlama verib.
Ufuk Özkan üçün uyğun donor tapıldığı ilə bağlı yayılan iddialara münasibət bildirən Umut Özkan qardaşı ilə bağlı özündən başqa mənbələrdən edilən heç bir paylaşıma etibar edilməməli olduğunu vurğulayıb.
Umut Özkan bildirib ki, hazırda Ufuk Özkan üçün dəqiqləşmiş donor namizədi yoxdur:
“Həqiqətə uyğun olmayan, təsdiqlənməmiş və icazəsiz paylaşımlar həm cəmiyyəti yanlış məlumatlandırır, həm də davam edən tibbi və hüquqi prosesi birbaşa çətinləşdirir. Orqan köçürülməsi prosesi müəyyən etik qaydalar və hüquqi prosedurlar çərçivəsində aparılır. İctimaiyyətdə yaradılan yanlış təsəvvürlər bu prosesin sağlam şəkildə irəliləməsinə zərər verir”.
Umut Özkan göstərilən həssaslığa görə hər kəsə təşəkkür edib.
Qeyd edək ki, Umut Özkan ötən həftə özünün verdiyi qaraciyər donor testinin nəticəsinin də mənfi çıxdığını açıqlamışdı.
Digər tərəfdən, ötən həftə xəstəxanada müalicə alan və orqan köçürülməsi gözləyən Ufuk Özkanı bir çox sənət dostlu da ziyarət edib.
Opera müğənnisi faciəvi şəkildə vəfat etdi
Xoşbəxt sevgi yoxdu ki, bu xaraba dünyada... - Lui Araqon
Ölsəm, bağışla - Anar Şamilin hekayəsi