Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Türkiyəli aktyor Ufuk Özkan əməliyyat olunub.
Axşam.az xəbər verir ki, ötən gün təxminən 11 saat davam edən əməliyyat zamanı aktyora qaraciyər transplantasiyası edilib.
Həkimlər Ufukun vəziyyətinin stabit olduğunu açıqlayıb.
Qeyd edək ki, Özkan bir müddətdir vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.
Əlavə edək ki, Ufuk 2022-ci ilin avqustunda həyat yoldaşı Nazan Günəşdən boşanıb. İkilinin bir oğlu var. Bir müddət əvvəl qaraciyər çatışmazlığı səbəbindən orqan transplantasiyası üçün müraciət edən aktyor daha sonra buna ehtiyac qalmadığını demişdi.
O, həmçinin aliment pulunun çox olmasından şikayətlənmişdi. O, ötən il intihara da cəhd etmişdi.