Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Çox təəssüf ki, post-sosialist ölkələrinin əksəriyyətində yerli strukturların apardığı sorğulara inanmaq olmur.
Onların obyektivliyi və reprezentativliyi bir yana, proses hətta psixoloji çətinliklərdən də xali deyil.
Belə ki, insanlar bəzən müəyyən məsələlərlə bağlı fikir bildirməyə də ehtiyat edir, çünki respondent kimi gizlin qalacaqlarına əmin deyillər.
Bu mənada qonşu (artıq belə adlandırmaq olarmı?) Ermənistan və onun cəmiyyəti də istisna deyil.
Bəzi hallarda nə siyasətçilərinə inanmaq olur, nə politoloqlara, nə də sosioloqlara!
Amma bu ölkədə indiki hakimiyyət fəaliyyətə başlayandan sonra bəzi nüfuzlu Qərb, xüusəsən də ABŞ sorğu xidmətləri daha çox siyasi mövzularda sorğular keçirməyə başlayıblar ki, adam istər-istəməz onlara inanmaq istəyir, çünki bu sorğularda nəinki hakimiyyətə, hətta hansısa qeyri-siyasi qüvvəyə yararlanmaq cəhdləri sezilmir.
Belə bir böyük sorğu bir il–il yarım bundan əvvəl keçirilmişdi Ermənistanda. Daha biri iləsə bu günlərdə rastlaşdıq.