Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Autsayderlər sırasında olan rəqiblərimizin qələbələri bizi qorxutmur. Mövsümün qalan hissəsində nəticəni dəyişmək üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, mövsümün sonunda Premyer Liqada qalacağıq”.
Bu sözləri “Karvan-Yevlax”ın futbolçusu Uğur Cahangirov deyib.
24 yaşlı yarımmüdafiəçi səfərdə “Sabah”a 1:4 hesablı məğlubiyyəti də şərh edib.
“Rəqibimiz formada olan lider “Sabah” idi. Bizdən əvvəlki oyunlarda da necə oynadıqları hər kəsə bəllidir. Bəzi epizodlarda səhvlər etdik və bu da bizə baha başa gəldi. Nəticədə qapımızda qollar gördük. Səhvlərimizdən nəticə çıxarıb, daha yaxşı olacağıq”, - deyə o, futbolinfo.az-a açıqlamasında bildirib.
U.Cahangirov komandanın hazırkı durumu və qarşıdakı oyunla bağlı da fikirlərini bölüşüb:
“Sonuncu pillədə olmağımız psixoloji cəhətdən çətindir və bizdə əlavə təzyiq yaradır. Amma vəziyyətdən çıxacağımızı düşünürük. Qarşıdakı turda rəqibimiz “Sumqayıt”dır. Köhnə komandamdır, ona görə də əlavə motivasiya ilə meydana çıxacağam. Evdə, doğma azarkeşlər önündə oynayacağımız üçün xal və ya xallar qazanacağımıza inanıram”.