Uğur un indiki yolu: fərdi utanmazlıqdan sosial arsızlığa | Icma.az
Icma.az, 525.az portalına istinadən məlumat verir. Günel MUSAİnsan övladı icma halında yaşadığı ilk zamanlardan bəri utanmaq hissi ilə var o
Bu hiss təkcə insanın özü ilə deyil, yaşadığı cəmiyyətlərdəki qurduğu münasibətlərin təməl daşlarından biridir həm də.
Əvvəllər insanlar günahlarını gizləmək üçün deyil, utandıqları üçün əlləri ilə üzlərini örtərmiş.
Çünki utanmaq insanın özünə olan hörmətin ən dərin ifadəsi sayılırmış. "Utanmaq" hissindən keçmiş zamanda danışıram.
Çünki günümüzdə artıq əksəriyyətin utanmadığını söyləyə bilərik.
Xətalar gözümüzün önündə "cəsarətlə" sərgilənir, ayıblar ekrandan boy göstərir, məhrəm olan nə varsa, meydandadır.
Bir zamanlar pıçıltı ilə dilə gətirilənlər artıq yüksək səslə elan olunur. Küçələr, ekranlar, platformalar...
Hər yer utanma hissinin alqışlarla boğulduğu bir səhnəyə çevrilib.
Tam oxu
Xəbəri oxu