Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Trabzonspor" qolkiperi Uğurcan Çakır üçün təklif göndərən "Monako" klubundan 15 milyon avro istəyir.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqların ilkin mərhələsi müsbət alınsa da, maliyyə məsələlərində razılığa gələ bilmirlər.
Belə ki, "Monako" rəsmiləri Uğurcan Çakır üçün doqquz milyon avro və əlavə bonuslar təklif etsələr də, "Trabzonspor" rəhbərliyi 15 milyon avro istəyir.
Qeyd edək ki, 29 yaşlı qolkiperin özü də "Monako"ya transfer olmaq istədiyindən "Trabzonspor" rəsmiləri ilə görüşərək qiymətdə endirm etmələrini istəyib.