Uğurlu tibb modelinə necə keçə bilərik? Cavid Hüseynzadədən TƏKLİFLƏR | Icma.az
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Almaniyada tibbin inkişafı və ən ağır əməliyyatların həyata keçirilməsi həkimlərin hüquqlarını qoruyan güclü bir sistemdən qaynaqlanır”.Bizim.Media xəbər verir ki, bu fikirləri Almaniyanın Bad Salzungen Şəhər Xəstəxanasının Qulaq, burun, boğaz və üz plastik cərrahiyyə şöbəsinin müdiri, Yena Universitetinin doktorantı Cavid Hüseynzadə sosial şəbəkə hesabında bildirib.
⠀Həkim qeyd edib ki, Almaniyada hər bir cərrah əməliyyat zamanı ağırlaşmaların baş verə biləcəyini və bunun bəzən ölümlə nəticələnə biləcəyini bilir.
Buna baxmayaraq həkimlər əməliyyatlardan yayınmırlar, çünki həkimlərin hüquqlarını qoruyan möhkəm bir sistem mövcuddur:Almaniyada bu sistem necə işləyir və hansı hallarda həkim məsuliyyətə cəlb edilə bilər?1.
Həkimlər peşə məsuliyyəti sığortasına (Berufshaftpflichtversicherung) sahib olmaq məcburiyyətindədirlər.Sığorta məbləği həkimin ixtisasından, risk səviyyəsindən və sığorta müqaviləsinin şərtlərindən asılı olaraq dəyişir.
Adətən, sığorta məbləği bir neçə yüz min avrodan bir neçə milyon avroya qədər dəyişir.
Məsələn, tibbi səhv nəticəsində əlavə müalicə xərcləri və mənəvi kompensasiya ödənişləri on minlərlə, hətta yüz minlərlə avroya çata bilər.
Bu sistem həkimləri həm maliyyə risklərindən, həm də hüquqi problemlərdən qoruyur.2. Həkimlər Almaniyada nə zaman həbs oluna bilər?
Tam oxu
Xəbəri oxu