Uğursuz nəticələrdən sonra qovulur

07.10.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Monako” rəhbərliyi komanda üçün yeni baş məşqçi axtarışına başlayıb

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat verib. Onun sözlərinə görə, Adi Gyutter yaxın vaxtlarda istefaya göndərilə bilər. Qərarın milli komandaların oyunları ilə bağlı fasilə dövründə veriləcəyi gözlənilir.

Komanda uğursuz seriya keçirərək son beş oyunda cəmi bir qələbə qazanıb və Liqa 1-də beşinci yerə enib. Bu da məşqçi heyətinə təzyiqi artırıb.

Gyutter “Monako”ya 2023-cü ilin yayında rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında klub Fransa çempionatının bürünc mükafatçısı olub, həmçinin bir mövsümdə ikinci yeri tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью