Uğursuzluğa dözmədi

30.06.2026

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Patrik Şik gözlənilməz qərar verib.

"Football-plus.az" xəbər verir ki, 30 yaşlı hücumçu Çexiya yığmasındakı karyerasını başa vurub. Bu barədə Çexiya yığmasının mətbuat xidməti məlumat yayıb. Qərar futbolçunun yığmasının DÇ-2026-dakı uğursuz çıxışından və turnirlə vidalaşmasından bir gün sonra verilib.
Xatırladaq ki, Çexiya DÇ-2026-nın qrup mərhələsini bir xalla 4-cü yerdə başa vuraraq mundialla erkən vidalaşıb. Patrik isə turniri qolsuz və məhsuldar ötürməsiz başa vuraraq gözlənilən çıxışı göstərə bilməyib.
“Bayer-04”ün şərəfini qoruyan Şik milli komandada 2016-cı ildə debüt edib. O, yığmada meydana çıxdığı 56 matçda 26 qol vurub və 6 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью