Uğursuzluğa gec tez son verəcəyik Vaqif Cavadov

15.02.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 23-cü turunda "Zirə"yə 0:3 hesabı ilə məğlub olduqları oyundan danışıb. 

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

"Çox yaxşı komandaya qarşı mübarizə apardıq. Rəşad Sadıqov iddialı kollektiv formalaşdırıb. İlk hissədə fərdi səhvlərdən sadə toplar buraxdıq. Oyunun taleyi də məhz o qollardan sonra həll olundu. Yolumuza davam edirik. Ümidvaram ki, bu uğursuzluğa gec-tez son verəcəyik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью