Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Yasir Əl-Mişal Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti vəzifəsindən istefa verib. O, belə qərara milli komandanın uğursuz çıxışından sonra gəlib.
"Football-plus.az" xəbər verir ki, Səudiyyə Ərəbistanı yığması DÇ-2026-nın qrup mərhələsində 3 oyuna 2 xal toplayaraq sonuncu yeri tutub və pley-off mərhələsinə çıxa bilməyib.
Federasiyaya 2019-cu ildən rəhbərlik edən Əl-Mişal istefası barədə sosial şəbəkə hesabında paylaşım edib:
“İdarə Heyətindəki həmkarlarımla birlikdə Səudiyyə futbolunun inkişafı üçün əlimizdən gələni etdik və ölkəmizin, azarkeşlərimizin ümidlərini doğrultmağa çalışdıq. Lakin milli komandanın dünya çempionatının növbəti mərhələsinə vəsiqə qazana bilməməsi ümumi hədəflərimizə uyğun nəticə deyil. Buna görə bütün məsuliyyəti üzərimə götürür və yığmamızı daha yaxşı vəziyyətdə görmək istəyən hər kəsdən üzr istəyirəm”.