ÜHSTnin Avropa üzrə Regional nümayəndəliyinin rəhbəri: Azərbaycan Vahid Sağlamlıq Proqramı üzrə uğurlara imza atıb AZƏRTAC

19.11.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 noyabr, AZƏRTAC

Azərbaycan Vahid Sağlamlıq Proqramı üzrə uğurlara imza atıb. Bu, proqramın tətbiqi üzrə dörd tərəfin birgə yanaşması ilə bağlı əməkdaşlığının nəticəsidir.

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa üzrə Regional nümayəndəliyinin rəhbəri Budimir Plavşiç noyabrın 19-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zonada “Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda yüksəksəviyyəli dəyirmi masada deyib.

O, dördtərəfli əməkdaşlıq mexanizmini təmsil etdiyini bildirərək bu əməkdaşlıqların qlobal, regional və milli səviyyədə həyata keçirilməsinin vacibliyindən söz açıb. Regional səviyyədə Azərbaycanın uğurlarından bəhs edən B. Plavşiç təmsil etdiyi təşkilatın Azərbaycana müvafiq bəyannamə ilə xüsusi sərbəstlik verdiyini də diqqətə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью